Bu ərazilərdə qaz olmayacaq

09:45 07-08-2019 367

Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq. 

Qeyd edilib ki, bu gecə saat 02:00-da Zərdab rayonunun Birinci Alıcanlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər. Qaz sızması yarandığından kəndin 30 abonentinin qaz təchizatında fasilə yaranıb.