21-ci əsrin ən yaxşı britaniyalı kino ulduzlarının siyahısı açıqlanıb

07:20 23-04-2021 507

Britaniya kinoteatrlar zənciri bu əsrin ən yaxşı aktyorları barədə araşdırma aparıblar.

Məlum olub ki, kişilər arasında ən sevilən aktyor 43 yaşlı Tom Hardidir.

Bu barədə “Ok-Magazin” xəbər yayıb.

Bildirilir ki, ikinci yerdə ötən payız dünyasını dəyişən Şon Konneri, üçüncü yerdə isə Entoni Hopkins qərarlaşıb.

İlk onluğa Kolin Firt, Deniel Kreyq, Benedikt Kemberbetç, Liam Nison, İen Makkelen, Hari Oldman və Hyu Qrant daxil olub.

Qadınlar arasında ən yaxşı aktrisa Cudi Denç seçilib. Siyahının ikinci yerində Oliviya Kolman, üçüncü yerində isə Meqqi Smit qərarlaşıb. Aktrisaları həmçinin Helen Mirren, Keyt Uinslet, Emma Uotson, Helena Bonem Karpter, Emili Blant, Culia Uolters və Kira Naytli müşayiət edib.

21-ci əsrin ən yaxşı filmi reytinqində britaniyalılar yekdilliklə Harri Poter barədə kult dastanına səs veriblər.