“FORTİS ACADEMY” ödənişsiz abituriyent hazırlığı təklif edir

11:00 07-08-2019 7

İnşaat materialları istehsalı üzrə Azərbaycanın aparıcı şirkətlərindən biri olan “FORTİS GROUP” MMC yeni sosial layihəyə başlayır.

HerGun.Az xəbər verir ki, senytabr ayının 15-dən etibarən şirkətin ərazisində yeni təhsil mərkəzi – “FORTİS ACADEMY” fəaliyyətə başlayacaq.

Sosial məqsədlərlə yaradılmış bu mərkəzin bütün xərcləri şirkət tərəfindən qarşılanacaq.

“FORTİS ACADEMY” təhsil mərkəzi şirkət əməkdaşlarının, eləcə də, sosial təminatı zəif olan ailələrin uşaqları (9, 10, 11-ci sinif şagirdləri) üçün tam təmənnasız və ödənişsiz abituriyent hazırlığı fürsəti təklif edir.

Müasir texnologiya və innovativ tədris-metodik imkanları ilə yanaşı, təhsil ocağı abituriyentlərini ödənişsiz dərs vəsaitləri və sınaq imtahanları ilə təmin edəcək.

Bundan əlavə tələbələrin kursa vaxtında və rahat gəlmələri üçün şirkət tərəfindən ödənişsiz fəaliyyət göstərən avtobuslar da ayrılacaq.

“FORTİS ACADEMY”də qeydiyyat keçməyə tələsin.

Qeydiyyatdan keçmək üçün avqust ayının 31-nə qədər aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlayın.

Ünvan: Xırdalan şəhəri, Z.Tağıyev küçəsi 13.

Əlaqə nömrələri: (+994 50) 251 90 20