Motosiklet yol kənarında dayanmış oğlanı vurdu

02:27 21-06-2019 779

Abşeronda motosiklet 14 yaşlı oğlanı vuraraq xəsarət yetirib.

HerGun.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.

Motosiklet yol kənarında dayanan piyada, 2005-ci il təvəllüdlü Əliyev Oqtay Vüsal oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu