Səkkiz yaşlı uşaq babasının maşınını sürdü - Nənəsini öldürdü

12:45 07-08-2019 781

Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib. 

Nəticədə uşaq nənəsi - 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.