59 yaşlı qadın canına qıymaq istədi

12:54 07-08-2019 387

Ötən gün 59 yaşlı qadın intihara cəhd edib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən paytaxtın Xətai rayonu, Qaçaqnəbi küçəsində baş verib.

Belə ki, yataq xəstəsi olan 1960-cı il təvəllüdlü Cəmayəddinova Gövhər Qəbibullaxan qızı sirkə turşusu içərək özünü öldürmək istəyib.

Onu dərhal Respublika Toksikologiya Mərkəzinə aparıblar. Vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli