Bakıda güllələnmə - Bir nəfər yaralandı

12:54 07-08-2019 428

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsinin təfərrüatı məlum olub. 

HerGun.Az xəbər verir ki, Rasim Muxtarov küçəsi 43 ünvanında iki dost birlikdə yeyib-içdikdən sonra mübahisə ediblər. 

Dostunun ov tüfəngindən açdığı atəş nəticəsində 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından yaralanıb. 

Cinayəti törətməkdə şübhəli bilinən, adı açıqlanmayan şəxsi hüquq-mühafizə orqanları saxlayıb.

Faktla bağlı araşdırma aparılır.