Bakıda kişi polisi qorxutdu: “Nazirliyin qarşısına bomba qoyulub”

13:45 07-08-2019 395

Gecə Bakının Səbail rayonunda bir neçə qəribə hadisə baş verib.

Səbail Rayon Polis İdarəsindən HerGun.Az-a verilən məlumata görə, avqustun 5-i saat 22:40-da “102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb.

Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib.

Polis kişini psixiatriya xəstəxanasına yerləşdirmək məqsədilə həkim briqadası çağırıb. Lakin Q.Qəribov bundan xəbər tutan kimi qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları “telefon terrorçusu”nu axtarırlar.

Ramella İbrahimxəlilova