Hollivud ulduzu Entoni Hopkins ikinci “Oskar” sevincindən danışdı - VİDEO

18:00 26-04-2021 515

“The Father” filmindəki roluna görə keçən ilin ən yaxşı aktyoru seçilən 83 yaşlı Entoni Hopkins həm də ən yaşlı “Oskar” mükafatçısı olub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Aktyorun özü bu xəbəri şərh edərkən mükafat alacağını gözləmədiyini deyib.

“83 yaşımda bu mükafatı alacağımı gözləmirdim, həqiqətən gözləmirdim”, - deyə o vurğulayıb.

Qeyd edək ki, E.Hopkins ikinci dəfə “Oskar” mükafatına layiq görülür. O, kino dünyasının ali mükafatını ilk dəfə 1992-ci ildə “The Silence of the Lambs” filmindəki Hanibal Lektor roluna görə alıb.