Xaçmazda avtomobil qadını vuraraq aptek divarına çırpdı - FOTO

15:09 07-08-2019 456

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qəza Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

“Hyundai” markalı maşın 1986-cı il təvəllüdlü Pənahova Fərqanəni vuraraq yaxınlıqdaki aptek divarına çırpıb. 

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu