“Qarabağ” - APOEL oyununun biletləri satışda

15:54 07-08-2019 476

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” - APOEL oyununun biletləri satışa çıxarılıb.

HerGun.Az xəbər verir ki, avqustun 13-ü, saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunun bilerlərinin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 manatdır.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Gənclik” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar” AVM (iTicket satış məntəqəsi), 2 və 3 saylı “ASAN xidmət” mərkəzləri (Yasamal, “Amay” t/m) və “iticket.az” (onlayn) saytından almaq olar.

Xatırladaq ki, komandalar arasında Nikosiyada keçirilən ilk oyun “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.