Tovuz sakini dava zamanı bıçaqlanıb

21:00 28-04-2021 539

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Şəhriyara bıçaq xəsarəti yetirib. Şəhriyar isə Şabanı küt alətlə yaralayıb. 

Hər ikisi xəstəxanaya yerləşdirilib. 

Qasımov Şəhriyar əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.