Azərbaycan neftinin bu günə olan qiyməti

10:20 01-05-2021 519

Azərbaycan neftinin qiyməti azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,16 ABŞ dolları və ya 1,71 faiz ucuzlaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 66,55 dollar olub.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.