“Evdə tək” yenidən çəkiləcək

22:00 07-08-2019 515

Uşaqdan böyüyə hər kəsin sevə-sevə izlədiyi “Evdə tək” filmi yenidən ekranlaşdırılacaq.

HerGun.Az xəbər verir ki, “The Walt Disney” şirkəti “20th Century Fox”un 90-cı illərdə lentə aldığı “Evdə tək” və “Muzeydə bir gecə” filmlərinin “remake”ini çəkəcək.

Filmlərin rejissoru, rol alacaq aktyorların kimliyi və hansı formatda yayımlanacağı hələ ki bəlli deyil.

Bu haqda detallı məlumat avqustun sonunda mərkəzi mövzusu “Disney+” olacaq “D23 Expo” festivalında təqdim olunacaq.

Studiya nümayəndələri ümid edirlər ki, yeni “Evdə tək” tamaşaçıların yüksək standartlarına cavab verəcək və orijinalı üstələyəcək.

Rəşad Əliyev