Deputatdan təklif: “Şəhidləri təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunsun”

11:20 04-05-2021 404

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov şəhidlərin təhqir edilməsini pisləyib. 

HerGun.Az-ın məlumatına əsasən, B.Məhərrəmov Cinayət Məcəlləsinə şəhidlərlə bağlı maddənin əlavə olunmasını təklif edib.

O bildirib ki, şəhidlərin təhqir olunması cinayət sayılmalıdır.

“Buna görə də Cinayət Məcəlləsinə şəhidlərin təhqir olunmasının cinayət məsuliyyəti yaratmasına dair maddə əlavə edilməlidir”, - deyə B.Məhərrəmov əlavə edib.

Aqşin Kərimov