Bakıda qonşular arasında mübahisə bıçaqlanma ilə nəticələndi

04:09 08-08-2019 583

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, 20-ci sahə adlanan ərazidə kişi qonşusu, 1986-cı il təvəllüdlü Dadaşov Samir Kamil oğlunu bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

S.Dadaşov təcili olaraq cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu