Ombudsman beynəlxalq təşkilatlara hesabat ünvanlayıb

21:20 05-05-2021 398

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat ünvanlayıb.

Bu barədə məlumatı Ombudsman Aparatı yayıb.

Məlumatda bildirilir ki, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaqdır.

Hesabatda beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlıq ifadə olunub. 

Ombudsman beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq əməllərə son qoymaq üçün səyləri birləşdirməyə səsləyib.