Koronavirusun gözlənilməz əlaməti açıqlanıb - FOTO

09:20 06-05-2021 535

Dırnaqlarda xətlər və ya şırımlar koronavirus keçirmənin əlaməti ola bilər.

“Metro”nun məlumatına görə, belə gözlənilməz simptom barədə britaniyalı professor Tim Spektor  bəyan edib.

O, özünün “Twitter” hesabında belə dırnaqların fotosunu paylaşıb.

Bununla belə, professor əlamətin hamıda görülmədiyini vurğulayıb.

“Bu səpkilər, qırışlar və sair kimi simptomlardan biridir”, - deyə o, qeyd edib.

T.Spektor əlavə edib ki, dırnaqda xətlər zərərsiz görünsə də, onların qəfil ortaya çıxması nəinki koronavirus, həmçinin qızılca, skarlatina, yaxud qulaqdibi xəstəliyinin əlaməti ola bilər, bundan başqa qalxanvari vəzi, diabet və anemiya zamanı ortaya çıxa bilər.