İlon Maskın kosmik gəmisi nəhayət uğurlu eniş edə bildi - VİDEO

10:20 06-05-2021 551

İlon Maskın “Starship” mars gəmisinin prototipi Texasda sınaqlar zamanı uğurlu eniş edib.

“Space X” şirkətinin “YouTube” kanalında bununla bağlı görüntülər paylaşılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən gəminin prototipinin üç sınağı uğursuzluqla nəticələnib. Onlar ya eniş zamanı yerə çırpılıb, ya da partlayıb. Martın 4-də keçirilən sınaqlar zamanı isə gəmi partlamışdı.