Türkiyəli aktrisa necə məşhur olmasından danışdı: “Anam Özcan Dənizə mesaj yolladı” - FOTO

04:20 07-05-2021 454

Türkiyədə son zamanlar ulduzları parlayan gənc aktrisalardan biri Afra Saraçoğlu necə məşhur olmasından söz açıb.

“İbrahim Selim ile bu gece” proqramına qonaq olan aktrisa barəsində gizli olan məqamlara aydınlıq gətirib.

“Uşaq vaxtı kəkələyirdim. Anam məni həkimə apardı. Həkim dedi ki, heç nə olmayıb, diqqət çəkmək üçün belə edir. Sonra kəkələməyim öz-özünəə keçib getdi”, - deyə o bildirib.

Saraçoğlu deyib ki, Özcan Deniz sosial media hesabından Nurgül Yeşilçay ilə fotosunu paylaşıb və “başladıq biz” yazıb: 

“Bundan sonra anam ona mesaj yazdı. Anam o zaman bilmirdi ki, Nurgül Yeşilçayın qızı obrazını canlandıracaq rəngli gözləri olan qız axtarırlar. Bundan sonra mənə zəng etdilər. Mən bunu çox böyük bir şans kimi qiymətləndirirəm”.