Azərbaycan klubu azyaşlı futbolçulara qida rasionu kimi enerji içkisi verir - FOTO

13:20 07-05-2021 551

Azərbaycanda futbol klubu azyaşlı oyunçularına qida rasionu kimi enerji içkisi verir.

HerGun.Az-ın xəbərinə görə, bu barədə “Xocalı” Futbol Klubunun “Facebook” səhifəsi məlumat yayıb.

“Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlığı ilə yayılmış fotoda azyaşlı oyunçuların enerji içkisi ilə qidalandığı görünür. Bu isə azyaşlıların orqanizmi üçün zərərli hesab edilir.

Onu da bildirək ki, artıq həmin şəkli klub öz səhifəsindən silib.

Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.

Xatırladaq ki, “Xocalı” Futbol Klubu Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərir. Klub yalnız aşağı yaş qruplarından ibarət komandalarla təmsil olunur.

Səbuhi Musayev