Gəncədə oğul anasını bıçaqlayıb

03:00 08-05-2021 538

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “DOST 102” adlanan yaşayış massivində qeydə alınıb.

1975-ci il təvəllüdlü Vəliyeva Zülfiyyə Hümbət qızı sol qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qadını oğlu bıçaqlayıb. Z.Vəliyevanın sözlərinə görə, oğlu əsəb xəstəliyində əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.