“Çelsi” Salah, Holand və ya Lukakunu transfer etmək istəyir

03:40 08-05-2021 369

Londonun “Çelsi” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salahın transferində maraqlıdır.

Sports.ru xəbər verir ki, bunu “Sport Bild” jurnalının əməkdaşı bəyan edib. O, bildirib ki, misirli futbolçu “zadəganların” baş məşqçisi Tomas Tüxelin transfer siyahısına daxildir.

Hərçənd, hücumçu mövqeyində onun daha iki rəqibi var. Belə ki, “Çelsi” rəhbərliyi hazırda Dortmund “Borussiya”sında çıxış edən Erlinq Holand və “İnter”in forvardı Romelu Lukakunu da komandada görmək arzusundadır.

Qeyd edək ki, 2014-2016-cı illərdə Salahın transfer hüquqları məhz “Çelsi”yə məxsus oub. Bu müddət ərzində misirli icarə əsasənda “Fiorentina” və “Roma”da çıxış edib.

Cari mövsümdə Salah 32 Premyer Liqa matçında iştirak edib və 20 qol vurub.