“Neftçi”nin Samir Abasovla bağlı şikayəti təmin edilmədi

19:00 08-05-2021 382

AFFA Apellyasiya Arbitraj Tribunalı “Sabah” və “Neftçi” klublarının İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.

HerGun.Az xəbər verir ki, “Sabah” Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, millimizin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadəyə verilən dörd oyunluq kənarlaşdırılma cəzası iki oyun kənarlaşdırılma və iki şərti oyun cəzası ilə əvəz edilib.

“Sabah”ın rəsmi şəxsi Miloş Yevtiçlə bağlı qəbul edilən beş oyunluq kənarlaşdırma cəzası və 4 min manat cərimə qüvvədə saxlanılıb.

“Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib.

Ancaq AFFA İntizam Komitəsinin aprelin 27-də baş məşqçi Samir Abbasovla bağlı qəbul etdiyi qərara yenidən baxılması üçün bu qərar İntizam Komitəsinə göndərilib.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi iki oyunluq cəzalandırılıb. Klub buna görə 4 min manat cərimə olunub.

Səbuhi Musayev