“Instagram” fenomenləri qadağalara rəğmən zəhərli gölə axışırlar - FOTO

07:00 09-05-2021 492

Dünyada koronavirus əleyhinə peyvəndləməni sürətləndirən ölkələr səyahət qadağaları və məhdudiyyətlərinə davam edərkən, Rusiyada sosial media fenomenləri gündəmdə qalmağa çalışırlar.

“Haber Global” məlumat verir ki, onlar Ural dağlarında, nüvə fəlakəti yaşanan bölgələrə yaxın olan zəhərli gölə axışırlar.

1957-ci ildə Ural dağlarında Kiştim yaxınlığında gizli saxlanılan “Mayak” nüvə yanacaq təsisində partlayışda yüz kilometrlərlə nəhəng radioaktiv bulud yayılıb. Təxminən 250 min insanı əhatə edən partlayışdan sonra bəzi bölgələr boşaldılıb. Nüvə müəssisəsində çalışan onlarla işçi və ətrafdakı 200-dən çox insan kəskin radiasiya sindromu səbəbilə ölüb.

Əraziyə yaxın yerləşən, Uralin Balisi adlandırılan mavi göl təhlükəli hesab edilib və əraziyə girməmək dəfələrlə xatırladılıb.