Azərbaycanın Əməkdar artisti xəstəxanaya yerləşdirildi - FOTO

23:40 09-05-2021 478

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik”, - o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.