ÜST dünyada COVID-19 infeksiyasına yoluxma sayında son vəziyyəti açıqlayıb

11:40 12-05-2021 342

Dünyada koronavirus infeksiyasına yoluxma ötən həftə ilə müqayisədə dörd faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Dünyada COVID-19 yeni yoluxma və ölüm halları bu həftə bir qədər azalıb. Son həftədə 5,5 milyondan çox yoluxma​, 90 mindən çox ölüm qeydə alınıb”, - deyə ÜST bəyan edib.

Bununla belə, təşkilat əlavə edib ki, istənilən halda koronavirusa yoluxma və ölüm hallarının sayı dünyada yüksək olaraq qalmaqdadır.