Mərkəzi yolda təmir Bakıda sıxlığa səbəb oldu - FOTO

12:00 12-05-2021 34

“Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində təmir işləri aparılır. Bu səbəbdən hazırda bu yolda sıxlıq müşahidə edilir”.

HerGun.Az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Nəqliyyat axınını tənzimləmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Üzeyir Hacıbəyov küçəsində işıqforlarda “yaşıl dalğa” tətbiq edilir.