APOEL Bakıya alman məşqçi ilə gələcək

16:18 08-08-2019 513

Kiprin APOEL klubu Bakıya gətirəcəyi yeni baş məşqçisinin adını açıqlayıb.

Nikosiya klubunun rəsmi saytı xəbər verir ki, Tomas Dol ilə müqavilə bağlanıb.

53 yaşlı almaniyalı məşqçi ilə bağlanılan müqavilənin müddəti 2021-ci ilin mayınadək nəzərdə tutulub. Sonuncu dəfə bu ilin yanvar-may aylarında Almaniya Bundesliqa klubu “Hannover”i çalışdırmış məşqçi artıq komandasını “Qarabağ”la oyunlara hazırlaşdırmağa başlayıb.

Qeyd edək ki, APOEL bu gün italiyalı Paolo Trametsani ilə yolları ayırdığını açıqlayıb. Onun müqaviləsinə doğma divarlar arasında keçirilmiş ilk görüşdə “Qarabağ”a uduzması (1:2) səbəbindən xitam verilib.

Səbuhi Musayev