Nizami Hacıyev dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

16:36 08-08-2019 523

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyində Azərbaycan ilk medalını qazanıb.

HerGun.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Nizami Hacıyev bürünc medala sahib olub.

Yığmamızın üzvü ilk döyüşündə Honq Konq, sonra Qazaxıstan, daha sonra Misirdən olan idmançıya qalib gəlib. Yarımfinalda isə onun rəqibi olan Bolqarıstan idmançısı keçilməz olub. Nəticədə, idmançımız bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışlar daha iki gün davam edəcək.