Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb - FOTO

01:00 18-05-2021 385

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 223 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, mayın 17-də yoxlanış məqsədilə götürülən 206 836 testdən 10 174-ü müsbət çıxıb. Sutka ərzində 13 864  nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 4 961 120 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 2326 nəfərdir.