Leonid Aqutin Anjelika Varumla xoşbəxt həyatının sirrini açıqlayıb - FOTO

02:00 18-05-2021 460

Rusiyalı məşhur müğənni Leonid Aqutin həyat yoldaşı və həmkarı Anjelika Varumla xoşbəxt həyatının sirrini açıqlayıb.

Bu barədə “Moskovskiy Komsomolets” xəbər verib.

Artistin sözlərinə görə, həyat yoldaşı ilə bir neçə vacib qaydaya riayət edirlər. Birinci qayda imkan oduqca və iş rejimi mane olmadıqca bir yerdə olmalarıdır. Onlar hətta gərgin qrafikdə belə gecəni evdə keçirirlər. Artistin sözlərinə görə, onların münasibətlərində kişi bağ evində, xanımı isə mənzilində qaldığı hallar olmayıb.

“Sənsiz yaşaya bilmərəm. Bu bizim sevgi düsturumuzdur. Buna taleh deyilir”, - deyə Aqutin əlavə edib.

Onun sözlərinə görə, Varumla heç vaxt ayrı-ayrı şəhərlərə səfər etməyiblər.

Şəxsi məkan məsələsini isə onların yataq otaqlarının ayrı olması həll edir.

İfaçı bütün ailələrdə olduğu kimi, onun da xanımı ilə münasibətlərində bəzi hallarda gərginliklər yaşandığını, bununla belə istədiyi hər şeyə sahib olduğu üçün özünü xoşbəxt insan hesab etdiyini bildirib.