Yatmış qadın özü də bilmədən uşaq dünyaya gətirib – VİDEO

03:00 18-05-2021 394

“TikTok” istifadəçisi Emi Danbar başına gələn qeyri-adi əhvalatı istifadəçilərlə bölüşüb.

Xanım bildirib ki, 12 saatlıq doğum sancılarından sonra ona dərman vurulub. Artıq ağrılarını hiss etməyən qadın yuxuya gedib.

Bir müddət sonra palataya daxil olan tibb bacısı xanımı oyadıb və uşağın ürək döyüntülərini eşitmədiyini bildirib. Qadın yatağında yan tərəfə çevrilərkən körpənin artıq dünyaya gəldiyini və çarpayıda olduğunu görüb. Beləliklə də, yatmış ananın qızı özünün də xəbəri olmadan doğulub.