Pentaqon 60 minlik “məxfi ordu” yaradıb

06:00 18-05-2021 29

Amerika Müdafiə Nazirliyinin (Pentaqon) digər dövlət strukturlarının nəzarətindən kənar hərbi kontingentinin sayı 60 minə çatıb ki, bu da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) analoji qüvvələrindən 10 dəfə çoxdur.

Bu barədə “Newsweek” nəşri xəbər yayıb.

Pentaqonun məxfi ordusunun təqribən yarısını dünyanın müxtəlif yerlərində gizli əməliyyatlar keçirən hərbçilər təşkil edir. Həmçinin kiberəməliyyatlarla məşğul olan mütəxəssislərin də bu orduya daxil olduğu bildirilir.   

Məlumata görə, məxfi ordunun saxlanılmasına hər il orta hesabla 900 milyon dollar xərclənir.