Güləşçilərimiz bir günə altı medal qazandılar

01:27 09-08-2019 602

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

HerGun.Az xəbər verir ki, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib. 

Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (-92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (-61 kq) gümüş, Rəşad Yusifli (-79 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (-63 kq) çempion olub, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambəy Dadov (-72 kq) II yeri tutub.

Səbuhi MUSAYEV