Kirkorovun Bakı təəssüratları: İçərişəhər, qutab qonaqlığı, "Uçan xalça"... - FOTO

03:09 09-08-2019 14

“Məşhur rusiyalı estrada ulduzu Filipp Kirkorov ilk dəfə övladları ilə səfər etdiyi Bakı xatirələrini bölüşüb.

HerGun.Az Rusiyanın starhit.ru saytına istinadən xəbər verir ki, yeddi yaşlı övladları Alla-Viktoriya və Martinlə Bakını gəzən müğənni səfərdən çox məmnun qalıb. Əsas vaxtını “Jara” beynəlxalq musiqi festivalına həsr edən müğənni bir gününü övladları ilə birlikdə Bakını gəzməyə ayırıb.

“Sakinlər bizi çox səmimi qarşılayırdılar”, - deyən Kirkorov İçərişəhərdə gəzib gördüyü yerlərdən danışıb.

“Amfibiya adam”, “Brilyant əl” kimi məşhur filmlərin çəkildiyi məkanları övladlarına göstərən ulduz onlar üçün ənənəyə uyğun olaraq, Andrey Mironovun qəhrəmanının yıxılaraq qolunu sındırdığı səhnəni şəxsən canlandırıb.

Müğənni övladlarına aldığı hədiyyələrdən də danışıb: “Köşklərin birindən Ələddinin çırağını alıb, Alla-Viktoriyaya və Martinə hədiyyə etdim. Bundan sonra uşaqlar hər yerdə uçan xalça axtarmağa başladılar”.  

Gəzintisi zamanı müğənnini böyük bir kütlə müşayiət edib. Yerli sakinlərin sevgisini hiss edən müğənni deyib ki, restoranlar onu pulsuz şam yeməyinə, satıcılar suvenirlərə qonaq ediblər. Müğənninin seçimi isə Müslüm Maqomayev küçəsində yerləşən qutab bişirən iaşə obyekti olub. Obyektin sahibi sevindiyindən nəinki müğənnini və övladlarını, ümumiyyətlə, arzulayan hər kəsi qutaba qonaq edib.

Pop-kral yerli ticarət mərkəzləri haqqında da danışıb: “Ticarət mərkəzlərində sözün əsl mənasında hər şey var, böyük zövq aldım. Qızım özünə oradan dovşan oyuncağı, oğlum isə top seçdi”.