UEFA Azərbaycan klubunu cərimələyəcək

12:54 09-08-2019 474

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) ilə görüşünə görə cərimələnəcək.

HerGun.Az-ın xəbərinə görə, ikinci hissədə “Bney Yehuda” futbolçularının vaxt aparmaq üçün yerdə uzanması, meydançanı gec tərk etmələri “Neftçi” azarkeşlərinin əsəblərini cilovlaya bilməməsinə səbəb olub.

Nəticədə, meydançaya plastik su şüşələri atılıb. Bu isə “Neftçi”nin UEFA tərəfindən cərimələnəcəyi deməkdir. Konkret cərimə məbləği isə UEFA-nın İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.

Səbuhi Musayev