Nazirlik rəsmisindən ölkəmizdəki su ehtiyatları ilə bağlı bədbin PROQNOZ

16:00 04-06-2021 325

“İqlim dəyişiklikləri nəticəsində növbəti illərdə su ehtiyatlarımızın azalacağı proqnozlaşdırılır”. 

HerGun.Az-ın məlumatına görə, bunu ekologiya və təbii dərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, azsulu ölkə kimi Azərbaycan su ehtiyatlarının düzgün idarə edilməsini təşkil etməlidir: 

“Ötən il dövlət su kommissiyasının yaradılması bu istiqamətdə atılan yüksək addımlardandır”.

“İşğaldan azad olunan ərazilərdə su kanallarının təmiri ilə bağlı işlər aparılır”, - deyə o əlavə edib”.

İlhamə Əbülfət