Azərbaycan “Khazar” avtomobillərini Ukraynaya ixrac edəcək

01:45 10-02-2019 18

Bu il “Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək.

HerGun.Az xəbər verir ki, “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundovun sözlərinə görə, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.

“İxraca 2019-cu ilin ortalarında başlanılacaq. Bu günə qədər 1250 “Xəzər” maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə satılıb”, - deyə “Azərmaş” rəhbəri bildirib.

İlhamə Abdullayeva

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar