Zamiq Bakıda konsert verdi - FOTO

11:18 11-02-2019 19

Sevilən müğənni Zamiq Hüseynov ötən gün ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında solo konsert proqramı ilə çıxış edib.

HerGun.Az xəbər verir ki, sənətçi konsert öncəsi kulisdə jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.

“Çox həyəcanlıyam. Mənim üçün Heydər Əliyev sarayı ölkəmizin ən əsas səhnəsidir. Burada həyəcan keçirməmək mükün deyil. İnanıram ki, bu gün həm mənim üçün, həm də konsertə gələn tamaşaçılar üçün yaddaqalan musiqi gecəsi olacaq. Ansambla və mənə verilən bu dəyərin qarşılığını ödəməyə çalışacağam. İzləyicilərin sevdiyi musiqiləri səsləndirəcəyəm. Təbii ki, yeni mahnılarımı da təqdim edəcəyəm”, -  Z.Hüseynov bildirib.

Bu xoş və məsuliyyətli gündə həmkarları onu tək qoymayıb. Xalq artisti Zülfiyyə Xanbabayeva böyük məmnuniyyətlə Hüseynovun konsertinə gəldiyini söyləyib.

Opera və Balet Teatrının “Karmen”i, Xalq artisti Fidan Hacıyeva Zamiqin xüsusi dəvətilə gəldiyini deyib:

“Həmkarımız bu gün çox gözəl repertuar hazırlayıb. Mən onun gözəl mahnılarını dinləmək üçün sevə-sevə konsertə gəldim”.

Zamiq Hüseynov rəqqaslarla birgə “Var elə insan” mahnısı ilə konsertə başlayıb. Hitlərini arda-arda düzən sənətçi ara-sıra zalda əyləşən həmkarlarına səslənərək, gəldikləri üçün təşəkkür etməyi unutmayıb. 

Konsertə gələnlər sırasında Xalq artisti, bəstəkar Faiq Sücəddinov, məşhur aparıcı Nərgiz Cəlilova, Əməkdar artist Röya Ayxan, tanınmış müğənni Sevda Yahyayeva və digər sənətçilər də olub.

Rəşad Əliyev
FOTO: 
Ramil Zeynalov

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar