Rusiyanın müdafiə naziri Ankarada səfərdədir

15:18 11-02-2019 8

Rusiyanın Federasiyasının müdafiə naziri Sergey Şoyqu işgüzar səfərlə Ankaraya (Türkiyə) yollanıb.

O, burada Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Suriyadakı vəziyyəti müzakirə edəcək, - RİA “Novosti” yazır.

“Görüş zamanı əsas diqqəti Suriya nizamlamasının müxtəlif aspektlərinin müzakirəsinə yönəltmək planlaşdırılır”, - rusiyalı nazirin mətbuat katibi Rossiyana Markovskaya bazar ertəsi jurnalistlərə bildirib.

R.Markovskaya səfərin birgünlük olacağını qeyd edib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar