ABŞ-da qəribə hadisə: Sərnişin təyyarə havada olarkən pilotların kabinetinə girməyə çalışdı - VİDEO
06:40 06-06-2021 446
ABŞ-da “Delta” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.
KRQE telekanalı məlumat veri ki, Los-Ancelesdən Neşvillə uçan təyyarə Nyu-Meksiya ştatında yerə enib.
Belə ki, sərnişinlərdən biri pilotların kabinetinə daxil olmağa cəhd göstərib.
Şahidlərin sözlərinə görə, həmin şəx pilotlardan təyyarəni təcili endirmələrini tələb edib.
Aeroportda polislər qaydanı pozanı tutublar.