Novruz bayramında əfv gözlənilir

16:36 11-02-2019 19

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. 

Bunu HerGun.Az-a açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. 

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir. 

Etibar Məmmədov

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar