“Haber Global” ermənilərin Laçın və Kəlbəcərdə mina basdırmaları ilə bağlı süjet hazırladı - VİDEO

09:20 08-06-2021 38

Erməni polkovnik Koryun Qumaşyanın Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatla bağlı etirafı barədə “Haber Global” videomaterial hazırlayıb.

Qeyd edilir ki, ermənilər 17 yük maşını minanı Azərbaycan ərazisində basdırdıqlarını etiraf ediblər. Üstəlik, düşmən minalanmış ərazilərin xəritələrini vermək üçün Azərbaycana şərt qoyur.