ABŞ vaxtı bitməkdə olan milyonlarla doza koronavirus peyvəndini nə edəcəyinə qərar verə bilmir

01:00 10-06-2021 332

ABŞ-dan olan mütəxəssislər koronavirusa qarşı “Johnson&Johnson” peyvəndinin milyonlarla dozası ilə bağlı problemlə üzləşiblər.

Məsələ burasındadır ki, sözügedən preparatların istifadə müddəti iyun ayında başa çatacaq.

Bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

“İnkişaf etməkdə olan ölkələrin peyvəndlərə son dərəcə ehtiyac duyduğu bir vaxtda ABŞ-da bu qədər dozanın boşa verilməsi perspektivi preparatları bölüşmək üçün Bayden rəhbərliyinə təzyiq göstərəcək.

Ancaq vaksinasiya kampaniyasının iştirakçıları olan mənbələrin məlumatına görə, peyvəndlərin ABŞ-da sürətlə tətbiqi, yaxud xarici ölkələrdə vaxtında paylanması üçün bir neçə praktik həll yolu var”, - deyə məqalədə bildirilir.

Peyvəndin vaxtında istifadə edilməməsinin səbəblərindən biri kimi aprel ayında tromboz riskinin şübhəsi ilə əlaqədar preparatın yayımının dayandırılması göstərilir.

WSJ nəşrinin məlumatına görə, bəzi xəstəxanalar və ştatlar “Pfizer” və “Moderna” peyvəndlərin istifadə müddətinin də bu yay bitəcəyini bildiriblər.