Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib

19:40 10-06-2021 484

10 iyun 2021-ci il tarixində Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.