İngiltərəli milyonçu pandemiya səbəbindən qab yuymaq məcburiyyətində qaldı - FOTO

08:20 11-06-2021 787

İngiltərəli milyonçu və lüks “Burgh Island” hotelinin sahibi Cayls Fuks pandemiya məhdudiyyətləri səbəbindən işçi qüvvəsi çatışmadığından qabları özü yumaq məcburiyyətində qalıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, koronavirusa görə İngiltərənin məşhur hoteli miqrant işçilərsiz qalıb, buna görə də ingiltərəli zəngin artan turizm tələbinin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində olub. Üç il əvvəl oteldə 70 faiz pay sahibi olan milyonçu, həftəsonunu müəssisənin mətbəxində keçirib.

Biznesmen bir sıra məhdudiyyətlər götürüldükdən sonra, müəssisəni yenidən açıldığı vaxt (xüsusən də otaqlar noyabr ayına kimi bron edildiyi üçün) işçilərin çatışmazlığı səbəbindən işini dayandırmaq istəməyib. O, kürəyində ağrılara baxmayaraq, qabların hamısını yuyub.

Qeyd edək ki, “Burgh Island” oteli 1929-cu ildə inşa edilib. Fərqli dövrlərdə hotelin qonaqları arasında Aqata Kristi, Uinston Çörçil, “The Beatles” qrupunun üzvləri kimi məşhurlar olub.