Səmada asılı duran naməlum obyekt hər kəsi təəccübləndirdi - VİDEO

08:00 13-06-2021 40

ABŞ-ın Texas ştatında səmada sirli obyekt çəkilib.

Bu barədə “Daily Star” xəbər yayıb.

Məlumata görə, Denton sakini uşaqları ilə evinin bağçasında oynayarkən havada yavaş hərəkət edən və yerə düşməyən naməlum obyekti çəkib.

Kadrlar sosial şəbəkədə virus kimi yayılıb. Bir çoxları görüntülərin onlarda qorxu yaratdığını bildirib, digərləri həmin günü səmada bənzər obyekt gördüklərini bildirib. Lakin onun nə olduğu barədə hələ ki, heç bir dəqiq açıqlama verilməyib.