Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

12:20 13-06-2021 423

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustinə dövlət bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda Azərbaycanla Rusiya arasında strateji partnyorluq və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq qeyd edilir.

Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti ilə yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.