Ukrayna səfiri: “Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə davam edir”

17:00 13-06-2021 435

“Mən Ağdamda iki ay əvvəl olmuşam. Hətta bu iki ay ərzində Ağdamda aparılan işlərin nəticəsini görmək olar. Xüsusilə burada yeni yolun necə sürətlə tikildiyini görmək mümkündür. Bu o deməkdir ki, burada minalardan təmizləmə prosesi uğurla davam edir”.

Bu fikirləri “Report”a Ukraynanın xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində işğaldan azad olunmuş Ağdama səfər edən Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Diplomat şəhərin onda ikili təəssürat yaratdığını deyib: “Bir tərəfdən burada həyat fəaliyyətinin tezliklə bərpa olunacağını görürük. Digər tərəfdən isə Ağdamı sanki ağ vərəq kimi görürəm - burada yalnız məscid qalıb”.

Səfir həmçinin Ağdamın yenidən Azərbaycanın vizit kartına çevriləcəyini deyib.